Qətər Qəddafini silahlandırmaqda günahlandırılır

Qətər Qəddafini silahlandırmaqda günahlandırılır

14 Aprel 2011 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

Üsyançılar Qətər hökumətini Liviya ordusunu Fransa istehsalı olan "Milano" tank əleyhinə raketlə təchiz etməkdə günahlandırıb. France-press agentliyinin yaydığı məlumatda Benqazi ətrafında gedən döyüşlərə bu raketlərdən istifadə olunduğunu bildirilir.

Qətər hökuməti isə məlumatı təkzib edib və bildirib ki, onlar Qəddafi qoşunlarını yox, üsyançıları silahlandırmaq və onlara təlim keçmək üçün Benqazi şəhərinə mütəxəssislər göndərib.

Qeyd edək ki, üsyançılar keçid hökumətini tanıtdırmaq və yeni silahlar əldə etmək üçün danışıqlar aparıb. Onlar alınan silahların pulunun ixrac olunan neftin hesabına ödəniləcəyini bildiriblər.

Belə bir deyim var, bulanıq suda balıq tutmaq asandır. Ona görə də heç kim yaxın müddətə Liviyada suların durulmasını istəməyəcək. Bəs necə, qızıl balıq tuturlar axı...

Elvin Babayev

O.M.