Barak Obamanın əmisi tutuldu

Barak Obamanın əmisi tutuldu

30 Avqust 2011 00:05
Bəyəndim (0) Bəyənmədim (0)
O, sərxoş halda polis maşınını vuracaqdı

ABŞ prezidenti Barak Obamanın bu ölkədə qeyri-leqal yaşayan əmisi Boston şəhəri yaxınlığında həbs olunub. Səbəb əminin avtomobili sərxoş vəziyyətdə idarə etməsi olub. Bu xəbəri ABŞ polislərinə istinadən Avstraliyanın nüfuzlu The Australian qəzeti yayıb.

Ötən həftənin 3-cü günü Ömər Onyanqa Obama öz Mitsubishi maşınında sərxoş halda az qala polis maşınına girəcəkdi. Bundan sonra o, polisləri borclu çıxararaq ona yol verməməkdə ittiham etdi. Onu polis bölməsinə gətirərkən qan analizində hədsiz dərəcədə spirt aşkar edildi.

Bundan əvvəl də Federal İmmiqrasiya xidməti bir neçə dəfə onun ölkədən Deportasiya olunması barədə qərar çıxarmışdı. Lakin qərar icra olunmurdu. İndi o, ABŞ-da qalmaq üçün məhkəmə qərarını gözləməli olacaq. Eynən bacısı Zeytuni bu yolla oturum aldığı kimi.

Barak Obama "Atamın arzuları" adlı memuar kitabında 25 il əvvəl ABŞ-a köçmüş əmisi barədə də yazmışdı. Britaniyanın Times qəzeti əmi ilə maraqlanmağa başladı. Məhz buna görə də 3 iyul 1944-cü il doğumlu Ömər Onyanqa Obamanın prezidentin əmisi olduğu asanlıqla bəlli oldu.

ABŞ-ın yol polisləri böyük-kiçik yeri bilmirlər...

Hafiz Əhmədov

O.M.