Zaqatalada yol-nəqliyyat hadisəsi

Zaqatalada yol-nəqliyyat hadisəsi

29 Avqust 2011 14:15
889
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 29-da Zaqatala şəhərində yaşayan Həsrət Məmmədov RPŞ-nə ərizə ilə müraсiət edərək həmin gün evinin qarşısından ona məxsus "VAZ-2106" markalı avtomaşının qaçırılması barədə məlumat vermişdir. Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın həmin gün Aşağı Tala kəndi ərazisində qəzaya uğramış vəziyyətdə tapılmış və onun yaxınlığından kənd sakini Qədir Məhərrəmov yol-nəqliyyat hadisəsinə xarakterik olan xəsarətlə xəstəxanaya gətirilmişdir. Q.Məhərrəmov aldığı xəsarətdən orada ölmüşdür.

Tofiq Əliyev

O.M.