Təyyarənin sərnişinindən metal dəyənək götürülüb

Təyyarənin sərnişinindən metal dəyənək götürülüb

29 İyul 2016 14:49
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva-Gəncə aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən, onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib və monitorda metal dəyənəyin təsvirləri əks olunduğuna görə müvafiq qanunvericiliyə uyğun olaraq təkrar yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı sərnişinə məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd metal dəyənək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az