"Azpetrol"dakı partlayışın daha bir qurbanı da öldü

"Azpetrol"dakı partlayışın daha bir qurbanı da öldü

29 Avqust 2011 13:51
Bəyəndim (0) Bəyənmədim (0)

Hacıqabul rayonunda baş verən partlayış zamanı yanıq xəsarəti alan yaralılardan daha biri ölüb. Məlumata görə, bu, "Azpetrol" şirkətinə məxsus yanacaq daşıyan maşının sürücüsü, Cəlilabad rayon sakini 62 yaşlı Vahid Abbasovdur. Bununla da güclü partlayış və yanğın nəticəsində ölənlərın sayı 6-ya çatıb. Hadisə zamanı ağır yanıq xəsarəti alan qalan yaralıların vəziyyəti normaldır.

Xatırladaq ki, partlayış 9 avqust saat 15.00 radələrində Hacıqabul rayonu ərazisində, Bakı-Qazax yolunun Padarçöl kəndi ərazisindən keçən hissəsində yerləşən "Azpetrol" şirkətinə məxsus yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş vermişdi. Hadisə nəticəsində həmin vaxt məntəqədə olan Bakı-Gəncə marşrutu üzrə işləyən "İkarus" markalı avtobus, 5 minik və 1 yük maşını tamamilə yanaraq kül olub. Hadisə zamanı 21 nəfər xəsarət alıb.

Artıq fakta bağlı Cinayət Məcəlləsinin 225-ci yanğın təhlükəsizliyi qaydalarını pozma maddəsi ilə cinayət işi başlanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, istintaq tədbirləri davam etdirilir.

Allah rəhmət eləsin!

Günel Həbib

O.M.