Astarada reyd: 50-yə yaxın sürücü saxlanılıb

Astarada reyd: 50-yə yaxın sürücü saxlanılıb

29 İyul 2016 14:22
341
Bəyəndim (0) Bəyənmədim (0)

Astara rayonunda yol-hərəkət qaydalarını pozan, avtomobili sənədsiz idarə edən və spirtli içki qəbul edərək sükan arxasına oturan sürücülərə qarşı növbəti reyd keçirilib. Apa -nın cənub bürosunun məlumatına görə, Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsi (DYPB) əməkdaşlarının Şahağacı və Qamişovka kəndləri ərazisində baş tutan reydi zamanı yol hərəkəti qaydalarına riayət etməyən sürücülər saxlanılaraq onlar barəsində qanunauyğun tədbirlər görülüb.

Həmçinin reyd zamanı bəzi avtomobillərin texniki baxışdan keçirilməməsi, qanunsuz mal-qara daşınması, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsinin idarə olunması faktları da aşkarlanıb.

Qanunvericiliyin tələblərini pozan nəqliyyat vasitələrinin sürücülərinə qarşı inzibati protokollar tərtib edilib. Sürücülük vəsiqəsi olmadan avtomaşını idarə edənlərin nəqliyyat vasitələri isə DYPB-nin cərimə meydançasına aparılıb. Ümumilikdə 20-yə yaxın sürücü cəzalandırılıb.

Astara DYPB-nin rəisi İlqar Rəhimzadənin sözlərinə görə, keçirilən reydlərin nəticəsi olaraq ötən illə müqayisədə rayon ərazisində yol-nəqliyyat hadisələri 2 dəfədən çox azalıb və belə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Mediainfo.az