"Ən-Nüsra" terror qruplaşması "Əl Qaidə"dən ayrılıb

"Ən-Nüsra" terror qruplaşması "Əl Qaidə"dən ayrılıb

29 İyul 2016 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyadakı "Ən-Nüsra" qruplaşmasının lideri Əbu Məhəmməd Colani "Əl Qaidə" ilə əlaqələrini kəsdiyini bəyan edib.

İlk dəfə üzünü gizlətmədən kameraların qarşısına keçən Colani qruplaşmanın yeni adının "Şam Fəthi Cəbhəsi" olduğunu bildirib.

Qruplaşmanın lideri qərarın qəbul edilməsinə əsas səbəb kimi "Suriya inqilabı"nı xilas etmək istəyinin olduğunu deyib.

Qeyd olunub ki, "Şam Fəthi Cəbhəsi"nin xarici qüvvələrlə bağlantısı olmayacaq. Qruplaşmanın məqsədi Suriyadakı mücahid qrupları arasındakı məsafələri yaxınlaşdırmaqdır. "Əl Qaidə" ilə bağantını kəsməyimiz Suriya xalqının istəyi ilə baş tutub. Bizi anlayışla qarşıladığı üçün "Əl Qaidə"yə təşəkkür edirik", - deyə terrorçu qruplaşmasının rəhbəri bildirib.

Mediainfo.az