Bir gündə 99 polkovnik general oldu - TÜRKİYƏDƏ

Bir gündə 99 polkovnik general oldu - TÜRKİYƏDƏ

29 İyul 2016 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə ordusundakı 99 polkovnik general rütbəsinə yüksəldilib.

Bunu jurnalistlərə açıqlamasında Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın söyləyib. Onun sözlərinə görə, Ali Hərbi Şuranın qərarına əsasən 48 general təqaüdə göndərilib.

Qeyd edək ki, Ali Hərbi Şuranın iclası dünən baş tutub. 5 saat davam edən iclasa Türkiyə baş naziri, müdafiə naziri, Baş Qərargah rəisi və ən yüksək vəzifəli generallar qatılıblar. (axar)

Mediainfo.az