Bakıda avtomobil İran vətəndaşını vuraraq öldürüb

Bakıda avtomobil İran vətəndaşını vuraraq öldürüb

28 İyul 2016 17:39
193
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, X.Rüstəmov küçəsi ev 9-un qarşısında Bakı şəhər sakini 40 yaşlı Mübariz Babayev idarə etdiyi KİA markalı avtomobillə piyada - İran İslam Respublikasının vətəndaşı 76 yaşlı Ardexan Barani Bahmaud Sayedhuseini vurub.

İran vətəndaşı hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az