Hovuzda boğulan qızla bağlı açıqlama

Hovuzda boğulan qızla bağlı açıqlama

28 İyul 2016 16:20
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıt şəhərində yerləşən idman kompleksində 1991-ci il təvəllüdlü Ülkər Oktaybəyli üzgüçülük hovuzunda boğularaq dünyasını dəyişib.

Kompleksin meneceri Elnur Hüseynov AzVision.az-a açıqlamasında bildirib ki, Ülkər Oktaybəyli professional üzgüçü olub.

Menecernin sözlərinə görə, dünyasını dəyişən xanımın ürəyində problem olub: "Ülkər xanım hər yay fəslində bizim kompleksə gəlirdi. Yəqin ki, xanımın ürəyində problem yaranıb. Çünki suda boğulan şəxs ən azından köməyə kimisə çağırar, qışqırardı. Bu hadisə boğulma olmadan baş verib. Hər gün olduğu kimi nəzarətçilər orada olub. Nəzarətçilər xəbər tutan kimi dərhal xanımı sudan çıxarıblar. İlki yardım göstərilib, süni nəfəs verilib. Daha sonra həkimlər gəlib. Ülkər xanım 3-4 ilə yaxındır ki, bizim idman kompleksində qeydiyyatda olub. Ülkər xanım professional üzgüçü olub".

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır.

Mediainfo.az