Sankt-Peterburqdqa Xüsusi xidmət, təhlükəsizlik və hüquq-mühafizə orqanları rəhbərlərinin müşavirəsi keçirilib

Sankt-Peterburqdqa Xüsusi xidmət, təhlükəsizlik və hüquq-mühafizə orqanları rəhbərlərinin müşavirəsi keçirilib

28 İyul 2016 14:39
201
Bəyəndim (0) Bəyənmədim (0)

27-28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Xüsusi xidmət, təhlükəsizlik və hüquq-mühafizə orqanları rəhbərlərinin 15-ci Müşavirəsi keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən Apa-ya verilən məlumata görə, müşavirənin işində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Beynəlxalq təhlükəsizliyin təmin olunmasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədi ilə keçirilən və 61 ölkədən 300-dən artıq nümayəndənin qatıldığı tədbirdə BMT-nin və Şanxay Əməkdaşlıq Təşkilatının aidiyyəti strukturlarının məsul vəzifəli şəxsləri də təmsil olunublar.

Mədət Quliyev müşavirədə "Təhlükəsizlik orqanlarının terrorçuluğa və terrorçulara qarşı mübarizədə əməkdaşlıq məsələlərinə dair" mövzusunda çıxış edib. O, müşavirə çərçivəsində tərəfdaş xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

Mediainfo.az