“Park Bulvar”dan ittihamlara cavab: Təhlükəsizlik üçün belə edilib

“Park Bulvar”dan ittihamlara cavab: Təhlükəsizlik üçün belə edilib

28 İyul 2016 12:39
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxt sakini qeyd edir ki, iyunun 25-də saat 18:19 radələrində öz avtomobilini "Park-Bulvar"ın pullu yeraltı dayanacağına qoyub. Bir neçə saat sonra qəfildən səhhəti pisləşib və avtomobilini həmin gün götürə bilmir. Bir gün sonra, iyunun 26-da saat 21:11-də avtomobilini götürmək üçün adıçəkilən obyektə üz tutur. Lakin burada ona qeyri-adi və qanunsuz ittiham irəli sürərək 52 manat cərimə yazıldığını bildirirlər. Səbəbini soruşduqda isə deyilir ki, bəs, saat 03-dən sonra burda maşın saxlamaq qadağandır, buna görə cərimə 50 manatdır. Vətəndaş bildirir ki, maşını dayanacağa saat 03-dən sonra qoymayıb, gündüz vaxtı qoyub və hər saata görə də ödənişi etməyə hazırdır. Lakin əyləncə mərkəzinin əməkdaşları heç bir qanuni əsas gətirmədən vətəndaşdan 52 manat cərimə ödəməsini tələb edirlər.
Məsələylə bağlı Park Bulvar-dan açıqlama verilib. AVM-nin mətbuat xidmətinin rəhbəri Günay Malikqızı deyib:

"Park Bulvar AVM fəaliyyəti dövründə göstərdiyi yüksək xidmətlə xalqımızın rəgbətini qazanıb və sevimli əyləncə mərkəzinə çevrilə bilib.

27.07.2016 tarixində bəzi informasiya agentliklərində adı və soyadı qeyd olunmayan müştərinin iddiasına əsasən Park Bulvar AVM kimi yerli və xarici qonaqların sevimli məkanı olan, Milli Parkın simvoluna çevrilən bir yer haqda "dələduz" kimi xoşagəlməz ifadələrin işlənməsi bizdə həm təəssüf, həm də təəccüb dogurdu. Bu xəbərə əsasən adı qeyd olunmayan vətəndaş təhlükəsizlik və AVM-in dayanacaq xidməti haqda daxili normativ qaydalarından kənara çıxaraq ərazidə gecə saat 03.00-dan sonra avtomobil saxlayıb. Bunun müqabilində naməlum müştəri dayanacaq haqqını ödəyib. Bu addımı atmagımızın əsas səbəbi Park Bulvar AVM-ə üz tutan müştərilərin təhlükəsizliyidir.

Bir daha qeyd edirik ki, Park Bulvar AVM-də ancaq mağazalarımız, restoran və ya Park Cinema fəliyyət göstərildiyi müddətdə avtomobil saxlamaq olar. Bu haqda müştərilərin avtomobili əraziyə daxil oldugu zaman avtomatdan aldıqları çekin üzərində məlumat qeyd olunur. Müştəri bu məlumat əsasında dayancaq xidmətlərimizdən istifadə edə bilər. Park Bulvar AVM-in dayanacagından fəliyyət göstərdiyimiz müddətdə yararlanmaq olar.

Gün ərzində minlərlə insanın əyləncə və ya alış-veriş üçün üz tutdugu məkanda gecə saatlarında təmizlik və başqa cari işlər görülur. Müştəri AVM –in təhlükəsizlik və dayanacaq xidməti haqda daxili normativ qaydalarına riayət etməlidir. Əsas prioriteti müştərilərin təhlükəsizliyi və məmnuniyyəti olan Park Bulvar AVM-in bu istiqamətdə atdığı hər bir addım qanunidir və qanun çərcivəsində tənzimlənir". (azxeber)

Mediainfo.az