Taksi sürücüsü piyadanı vurub öldürdü - Göyçayda

Taksi sürücüsü piyadanı vurub öldürdü - Göyçayda

28 İyul 2016 11:55
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Göyçay şəhərinin M.Hüseynzadə küçəsində rayonun Mallı-Şıxlı kənd sakini Elsevər Xəlilova məxsus 20-CN-941 dövlət nömrə nişanlı "VAZ 2109" markalı minik avtomobili yolu keçən piyada, Ərəbşahverdi kənd sakini 1993-cü il təvəllüdlü Ağarəhimov Sənan Xanəhməd oğlunu vurub.

Ağır bədən xəsarətləri alan Sənan Ağarəhimov Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırlaşan gəncin müalicəsi üçün Bakıdan həkim dəvət edilib. Xəsarət alan şəxs gecə saatlarında xəstəxanada ölüb.

Hadisəni törədən taksi sürücüsü Elsevər Xəlilov saxlanılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.

Mediainfo.az