Zaqatalada 70 yaşlı kişini maşın vurub

Zaqatalada 70 yaşlı kişini maşın vurub

29 Avqust 2011 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatalada ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA-nın verdiyi məlumata görə, hadisə bu gün saat 02.00 radələrində rayonun Aşağı Tala kəndi ərazisində qeydə alınıb.

Rayon sakini İslam Ömərov idarə etdiyi "VAZ-2106" markalı, 02 BB 179 dövlət nömrə nişanlı maşınla yolu keçmək istəyən piyada, 70 yaşlı Məhərrəmov Qədir Məhərrəm oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma gedir.

Sürücü sürərkən, piyada gəzərkən ehtiyatlı olmalıdır.

Tofiq Əliyev

O.M.