Türkmənistan prezidenti Azərbaycan prezidentinə başsağlığı verib

Türkmənistan prezidenti Azərbaycan prezidentinə başsağlığı verib

28 İyul 2016 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov Azərbaycan prezidenti İlham Əliyevə Şirvan şəhərində yerləşən, Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda baş verən partlayışla əlaqədar başsağlığı verib.

Bu barədə Türkmənistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Türkmənistan dövlət başçısı özü, hökuməti və türkmən xalqı adından ölənlərin ailələrinə, yaxınlarına başsağlığı verib, yaralıların isə tezliklə şəfa tapmasını dilədiyi qeyd edilib.

Qeyd edək ki, hadisə zamanı zavodun iki əməkdaşı Məmmədov Ağamir Allahyar oğlu və Nuriyeva İlhamə Əsgər qızı həyatlarını itirib. Son məlumatlara görə, daha 24 nəfər xəsarət alıb.

Mediainfo.az