45 qəzet, 16 telekanal, 15 jurnal, 29 nəşriyyat. 3 xəbər agentliyi bağlandı - TÜRKİYƏDƏ

45 qəzet, 16 telekanal, 15 jurnal, 29 nəşriyyat. 3 xəbər agentliyi bağlandı - TÜRKİYƏDƏ

28 İyul 2016 10:26
250
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə fövqəladə vəziyyət çərçivəsində bəzi qurum və təşkilatlar barəsində nizamlama aparılması qərarına əsasən 3 xəbər agentliyi, 16 telekanal, 23 radio, 45 qəzet, 15 jurnal, 29 nəşriyyat bağlanıb.

Bağlanılan qəzetlərin arasında Tərəf Zaman, Azad Düşüncə, Bu gün, Millət, meydan, Today s Zaman, Sabaha Baxış və Yeni Hayat-in adları var.

Bağlanılan televiziya kanalları bunlardır: Barış TV, Bu gün TV, Can Erzincan TV, Dünya TV, Hira TV, Irmak TV, Kanal 124, Kanaltürk, MC TV, Mehtap TV, Merkuri TV, Samanyolu Haber, Samanyolu TV, SRT TV, Tuna Shopping TV , Yumurcak TV.

Cihan Xəbər Agentliyi, Müxbir Xəbər Agentliyi və SEM Xəbər Agentliyi bağlanılan informasiya agentlikləri arasındadır.

Mediainfo.az