Göyçayda avtomobil 23 yaşlı oğlanı vurub

Göyçayda avtomobil 23 yaşlı oğlanı vurub

27 İyul 2016 15:45
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə bu gün saat 14:30 radələrində Göyçay şəhərinin M.Hüseynzadə küçəsində qeydə alınıb. Rayon sakininə məxsus 20-CN-941 dövlət nömrə nişanlı "VAZ 2109" markalı minik avtomobili yolu keçən piyadanı, Ərəbşahverdi kənd sakini, 1993-cü il təvəllüdlü Ağarəhimov Sənan Xanəhməd oğlunu vurub. Ağır bədən xəsarətləri alan Sənan Ağarəhimov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mediainfo.az