Bağdadda məsciddə partlayış törədilib

Bağdadda məsciddə partlayış törədilib

29 Avqust 2011 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

İraqın paytaxtı Bağdad şəhərindəki məscidlərdən birində baş vermiş kamikadze hücum nəticəsində bir millət vəkili ilə birlikdə 24 nəfər ölüb. Bağdadın qərbindəki Qəzaliyyə məhəlləsində olan "Ummul Qura" məscidində baş vermiş partlayışda 50 nəfər də müxtəlif dərəcəli xəsarət alıb. Məlumata görə, İşa namazı vaxtı meydana gələn partlayış nəticəsində ölənlərin arasında İraq parlamentinin millət vəkili Xalid əl-Fəhdavi, habelə namaz qılmaq üçün məscidə gələn az yaşlı uşaqlar da olub. Polis rəsmiləri hadisəni üstünə partlayıcı qurğu bağlayan kamikadzenin törətdiyini bildirib.

Terrorçular öldürülsə də, terror ölmür.

Tofiq Əliyev

O.M.