Lənkəranda ev yanıb

Lənkəranda ev yanıb

27 İyul 2016 14:25
185
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəranda güclü yanğın hadisəsi baş verib.

Məlumata görə, hadisə iyulun 27-də günorta saatlarında rayonun Boladi kənd sakini, 1954-cü il təvəllüdlü Rasif Möhübbət oğlu İsmayılova məxsus ikimərtəbəli, dörd otaqlı fərdi yaşayış evində qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsininin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 180 kv.m olan ev içindəki məişət avadanlıqları ilə yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az