Qubada ağır yol qəzası

Qubada ağır yol qəzası

29 Avqust 2011 09:21
816
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Quba-Rusiya sərhədi yolunun 178-ci kilometrliyində, Quba rayonu ərazisində bir nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Quba rayonunun Susay Qışlaq kənd sakini, 1968-ci il təvəllüdlü Özbəyov İmran İmaməddin oğlunun idarə etdiyi UAZ markalı, 40 BE 995 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Masallı rayon sakini, 1968-ci il təvəllüdlü Əzimov Elşad Sabir oğluna məxsus MAN markalı, 10 BD 304 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub. İ. Özbəyov aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Yollarda ehtiyatlı olmaq lazımdır. Əks halda bu yol başqa istiqamətə apara bilər.

Tofiq Əliyev

O.M.