Bu gün müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir

Bu gün müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir

29 Avqust 2011 08:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir. Bir gün davam edəcək imtahan gənclərin çağırışa qədərki hazırlığı, əmək hazırlığı, musiqi və nəğmə, təsviri incəsənət və rəsmxət ixtisasları üzrədir. İmtahanlar Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində keçirilir. Bu gün səhər saat 9.00-da başlayan imtahan axşam saat 18.00-dək davam edəcək. Hər bir namizəd kompüter vasitəsilə bir saat ərzində 35 sualı cavablandıracaq və imtahan başa çatan kimi topladığı balı öyrənəcək.

Qeyd edək ki, hazırda ölkədə gənclərin çağırışa qədərki hazırlığı müəllimi ixtisası üzrə 51 vakant yer var. Vakant yerlərdən 28-i Bakı şəhəri, 23-ü isə digər şəhər və rayonlar üzrədir. Bu ixtisas üzrə vakant yerlərə 68 nəfər ərizə verib. Əmək hazırlığı müəllimliyi ixtisası üzrə vakant yerlərin sayı 29, ərizə verənlərin sayı isə 137 nəfərdir. Vakant yerlərdən 10-u Bakı şəhəri, 19-u isə digər şəhər və rayonlar üzrədir. Musiqi və nəğmə müəllimliyi ixtisası üzrə isə 22 vakant yer var. Onlardan 10 yer Bakı şəhəri, 12 yer isə digər şəhər və rayonlar üzrədir. Musiqi və nəğmə müəllimi işləmək istəyən 47 nəfər ərizə verib. Təsviri incəsənət və rəsmxət müəllimliyi ixtisası üzrə isə vakant yerlərin sayı 13, ərizə verənlərin sayı isə 43 nəfərdir. Vakant yerlərin 3-ü Bakı şəhəri, qalanları isə digər şəhər və rayonlar üzrədir.

Müəllim peşəsi ən şərəfli peşədir.

Tofiq Əliyev

O.M.