Çində "Mirinae" qasırğası baş qaldırıb

Çində "Mirinae" qasırğası baş qaldırıb

27 İyul 2016 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Çində çərşənbə axşamı gecə "Mirinae" qasırğası bu il artıq üçüncü dəfə Cənubi Çinin ada əyaləti Xaynana çatıb və yerli icra orqanlarını qasırğa xəbərdarlığı elan etmək məcburiyyəti qarşısında qoyub.

Qasırğa ötən gün Dunqao qəzasına çatıb, küləyin maksimal sürəti saatda 100 km-dir.

Məlumata görə, qasırğa öncəsi 25 min balıqçı gəmisi dənizdən limana geri qayıdıb. Həmçinin Xaynan və Quandun əyalətləri arasında bütün sərnişin gəmilərinin hərəkəti dayandırılıb.

Qasırğanın özü ilə güclü külək və leysan yağışlar gətirəcəyi bildirilir. (report)

Mediainfo.az