Prezident: "Kilsədə adamları girov saxlayanlar İŞİD ilə əlaqələrinin olduğunu bildirib"

Prezident: "Kilsədə adamları girov saxlayanlar İŞİD ilə əlaqələrinin olduğunu bildirib"

26 İyul 2016 16:46
Bəyəndim (0) Bəyənmədim (0)

"Fransanın şimalında kilsədəkə insanların girov götürülməsi hadisəsi terror hücumudur. Hücum edənlər İŞİD ilə əlaqələrinin olduğunu bildiriblər".

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, bu sözləri Normandiya əyalətində Ruan şəhərində baş vermiş hadisə ilə əlaqədar olay yerinə gələn Fransa prezidenti Fransua Olland deyib.

Qeyd edək ki, bu gün səhər saatlarında bıçaqla silahlanmış iki naməlum şəxs Sent-Etyen-dyu-Ruvre kilsəsində beş nəfəri - keşişi, iki rahibəni və ibadət etməyə gələn iki adamı girov götürüb. Hadisədən az sonra polis hücum edən hər iki şəxsin öldürüldüyünü bəyan edib.

KİV-in məlumatına görə, onlar binadan qaçmaq istəyərkən güllələniblər. Həmin ana qədər naməlum şəxslər keşişi öldürməyə, daha bir girovu isə ağır yaralamağa macal tapıblar.

Mediainfo.az