Ramin Bədəlov İrlandiyada polisə 5 min funt rüşvət təklif etdi

Ramin Bədəlov İrlandiyada polisə 5 min funt rüşvət təklif etdi

26 İyul 2016 16:11
Bəyəndim (0) Bəyənmədim (0)

İrlandiyada azərbaycanlı sürücü onu sərxoş vəziyyətdə sükan arxasında yaxalayan polisə əvvəl 3 min, daha sonra 5 min funt sterlinq rüşvət təklif edib.

Virtualaz.org xəbər verir ki, bu haqda İrlandiya mətbuatı yazır.

Məlumata görə kompüter satışı və təmiri ilə məşğul olan 2 uşaq atası, 38 yaşlı Ramin Bədəlov saxlanılıb və özünü sərxoş vəziyyətdə avtomobil idarə etmək ittihamı üzrə təqsirli bilir. O, Dublin rayon məhkəməsi qarşısında günahını etiraf edib.

Məhkəmədə Bədəlovu saxlayan polis əməkdaşı ifadə verərək bildirib ki, 2014-cü il sentyabrın 23-də onlara "Mercedes"in sükanı arxasındakı sürücünün özünü şübhəli apardığı və sərxoş ola biləcəyi haqda siqnal daxil olub. Sürücü avtomobili yaşadığı evin yaxınlığında yüksək sürətlə sürürmüş. Polis maşını onu təqib edib və saxlayıb. Bu zaman sürücünün sərxoş olduğu müəyyənləşib. Ramin Bədəlov onu saxlayan polisə 3 min funt rüşvət təklif edib. İkinci polis yaxınlaşanda isə məbləği 5 minə qaldırıb. "Beş min, beş min, dərhal, elə indi"-azərbaycanlı polisə bildirib.

Lakin polis rüşvətə razılaşmayıb və onu həbs edib. Məlum olub ki, Bədəlov bundan əvvəl də sərxoş vəziyyətdə avtomobil sürməyə görə 3 dəfə cəza alıb. Vəkili deyib ki, o, xroniki alkaqolizmdən əziyyət çəkir. Çünki 2009-cu ildə qlobal böhran zamanı biznesi bağlanıb və depressiyaya düşüb. Bədələov 16 ildir İrlandiyada yaşayır.

Mediainfo.az