İranda iftar zamanı azərbaycanlılara hücum olub

İranda iftar zamanı azərbaycanlılara hücum olub

26 Avqust 2011 17:48
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Təbriz yaxınlığında yerləşən Qumtəpə qəsəbəsində iftar süfrəsində iştirak edən azərbaycanlılardan ibarət qrup İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Təhlükəsizlik qüvvələrinin iftar zamanı süfrə başında olanlara hücum etməsi nəticəsində bir neçə nəfər xəsarət alıb.

Məlumata görə, iftar iştirakçıları 27 avqust tarixində Urmiya gölünün quruması ilə əlaqədar etiraz aksiyası keçirməyi planlaşdırıblar. Qeyd edək ki, Cənubi Azərbaycanda yerləşən Urmiya duzluluq səviyyəsinə görə dünyada ikinci belə göldür.

İranda azadlığa ac qalan millətləri iftar açmağa qoymurlar.

Hafiz Əhmədov

O.M.