Şirvanda güclü partlayış

Şirvanda güclü partlayış

26 İyul 2016 15:45
Bəyəndim (0) Bəyənmədim (0)

Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda baş verən dəhşətli partlayış nəticəsində yaralananlar xəstəxanalara daşınır.

Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cavadov bildirib. Onun sözlərinə görə, xeyli sayda yaralı var. Hələlik yaralıların sayı dəqiqləşdirilməyib.

========

Bu dəqiqələrdə daxil olan məlumata görə, Şirvan şəhərində güclü partlayışla müşayiət olunan yanğın baş verib.

Yerli sakinlərin bildirdiyinə görə, Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda dəhşətli partlayış olub.

Deyilənə görə, bu zavodda silah-sursat istehsal olunur.

Sakinlərin bildirdiyinə görə, hazırda partlayış baş verən əraziyə yaxın düşmək mümkün deyil.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

========

Şirvan şəhərində güclü partlayış baş verib. Apa-nın yerli bürosunun xəbərinə görə, partlayış nəticəsində yanğın başlayıb.

Mediainfo.az