Xaçmazda əməliyyat keçirildi

Xaçmazda əməliyyat keçirildi

26 İyul 2016 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Xaçmazda sahibkarı ölümlə hədələyən keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 24-də Xaçmaz rayonunun Çarxı kəndindəki restoranda, oranın icarədarı Ramin Namazovu öldürəcəyi ilə hədələyib, 400 manat pul tələb etmiş Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Mövlanov tutulub.

Ondan 3,225 qram heroin götürülüb.

Mediainfo.az