 
    
    Fransada kilsəyə hücum: Keşiş öldürüldü (Yenilənib)
Fransanın şimalında kilsədə dindarları girov götürən iki nəfər zərərsizləşdirilib.
Bu barədə Fransa polisi məlumat yayıb.
	
	İlkin məlumatlara görə, girovlardan biri - kilsə keşişi qətlə yetirilib, daha bir girov isə yaralanıb.
	
	***
	(13:04)
	
	Fransanın şimal-qərbində yerləşən Sent-Etyen-dyu-Ruvr kontonun Ruvr şəhərində naməlum şəxslər kilsəyə hücum edib.
	Bıçaqla silahlanan iki naməlum şəxs kilsəyə daxil olaraq, orada ibadət edən insanları girov götürüb.
	
	İlkin məlumata görə, 6 nəfərin girov götürüldüyü bildirilir.
	
	Hazırda hadisə yerinə xeyli sayda polis cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır. (azvision)
Mediainfo.az
                Digər xəbərlər
            
                             
                             
                             
                            











 
     
    

















































































