Goranboyun icra başçısı qızıl "tapdı"

Goranboyun icra başçısı qızıl "tapdı"

26 İyul 2016 13:30
Bəyəndim (0) Bəyənmədim (0)
Qoruqda qanunsuz qazıntı işləri aparılıb

Goranboy rayon icra hakmiyyətinin başçısı Nizaməddin Quliyev hələ iki il əvvəl rayonun Alırazalı kəndində qazıntı işləri apartdırıb və oradan qızıl çıxardıb

Bu barədə gununsesi.info-ya icra başçısına yaxın mənbələrdən məlumat daxil olub. Məlumatda qeyd edilir ki, Nizaməddin Quliyev adıçəkilən kəndə yaxın "Sarı Təpə" adlanan kurqanı da açdırıb. Orada bir neçə gün aparılan qazıntı işlərindən çıxarılanlar xüsusi avtomobillərə yığılıb.

Qeyd edək ki, qoruq ərazisi olan bu yerdə xüsusi razılıqla ancaq AMEA Arxeologiya İnstitutu qazıntı apara bilər.

Saytımıza daxil olan məlumatda o da bildirilir ki, son olayla bağlı Dövlət Təhlükəszilik Xidmətində araşdırmada iki əvvəl baş verənlər araşdırılır.
Nizaməddin Quliyev

Mediainfo.az