Türkiyənin güc strukturlarında islahatlara başlanıldı

Türkiyənin güc strukturlarında islahatlara başlanıldı

26 İyul 2016 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 15-də Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra ölkənin güc strukturlarında islahatlara başlanılıb.

Bu barədə "Anadolu" agentliyi Türkiyənin Baş naziri Binəli Yıldırımın bəyanatına istinadən xəbər verib.

Baş nazirin sözlərinə görə, artıq ölkənin jandarma və sahil qüvvələri Daxili İşlər Nazirliyinə tabe olacaq.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb. (trend)

Mediainfo.az