Bakı–Quba yolunda nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq

Bakı–Quba yolunda nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq

26 Avqust 2011 15:54
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 26-da gecə saat 24:00-dan avqustun 27-si səhər saat 8:00-a kimi Bakı-Quba magistral yolunda nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq. Bu barədə Dövlət Neft Şirkətinin saytında məlumat yerləşdirilib. Magistral yol Sumqayıt şəhəri ilə H.Z.Tağıyev qəsəbəsini birləşdirən magistral yolun yaxınlığındakı "Azərikimya" İstehsalat Birliyinə aid dəmir yolu xəttində aparılacaq təmir işləri ilə əlaqədar bağlanacaq. Həmin istiqamətdə hərəkət edən sürücülərdən qeyd olunan müddət ərzində yeni Bakı-Quba yolundan istifadə etmələri xahiş olunur.

Təmir etmək lazımdır ki, təmin etsin.

Tofiq Əliyev

O.M.