Miqrantların sayı 87-yə çatıb - LİVİYADA

Miqrantların sayı 87-yə çatıb - LİVİYADA

26 İyul 2016 10:53
Bəyəndim (0) Bəyənmədim (0)

Liviya sahillərində tapılan miqrant meyitlərinin sayı 87-yə çatıb. Bundan əvvəl 41 mühacirin meyitinin tapıldığına dair məlumat verilirdi.

Ötən gün Liviyanın Sabrat şəhəri yaxınlığında, çimərlikdə Avropaya keçmək istəyən miqrantların meyiti aşkarlanmışdı. Onların 5-6 gün əvvəl suda boğularaq öldüyü ehtimal edilir.

Bildirilir ki, tapılan şəxslərin kimliyini müəyyənləşdirmək üçün DNT analiz götürüləcək.

Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına əsasən, yanvarın 1 –dən iyulun 6-dək Avropaya dəniz vasitəsilə 230 885 qaçqın daxil olub, 2 920-si isə yolda ölüb və yaxud itkin düşüb.

Mediainfo.az