Şamaxıda göldə 3 yeniyetmə batıb

Şamaxıda göldə 3 yeniyetmə batıb

25 İyul 2016 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

Şamaxıda göldə boğularaq dünyasını dəyişən 3 nəfər yeniyetmə oğlanın şəxsiyyəti müəyyən edilib.

Məlumata görə, ölən şəxslərin adının Bəkirov Məhəbbət Məhəmməd oğlu, Axundov Qadir Rasim oğlu və Səfərov Rövşən Siyavuş oğlu olduğu məlum olub. Onların hər birinin 1999-cu il təvəllüdlü və Şamaxı rayonu Şəhriyar qəsəbə sakinləri olduğu bildirilir.

Hadisənin ilkin təfərrüatları məlum olub. Şahidlərin sözlərinə görə, balıq tutarkən yeniyetmələrdən birinin ayağı sürüşərək suya yıxılıb. Yoldaşları onu xilas etməyə cəhd edib və üzməyi bacarmadıqları səbəbindən suda boğularaq ölüblər.

Mediainfo.az