Bakıda ağır qəza: 4 yaralı

Bakıda ağır qəza: 4 yaralı

25 İyul 2016 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri, Sabuncu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, Zabrat-Maştağa şossesində 1983-cü il təvəllüdlü Eşqin Əhmədovun idarə etdiyi "VAZ-21150" və 1951-ci il təvəllüdlü Vaqif Eminovun idarə etdiyi "VAZ-21041" markalı avtomobillər toqquşub.

Nəticədə V.Eminovun sərnişinləri - Neftçala rayon sakini, 1960-ci il təvəllüdlü Gülnişan Qurbanova, 1970-ci il təvəllüdlü Xatirə Qurbanova, 1961-ci il təvəllüdlü Tamara İsayeva və 1953-cü il təvəllüdlü Mehrəmsə Kərimova müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, sürücülərdən Eşqin Əhmədov polis serjantıdır.

Faktla bağlı istintaq aparılır.

Mediainfo.az