8 aydır bu oğlan axtarılır - Foto

8 aydır bu oğlan axtarılır - Foto

25 İyul 2016 14:34
Bəyəndim (0) Bəyənmədim (0)

Artıq 8 aydan çoxdur ki, 27 yaşlı Salyan sakni Elçin Mirqələm oğlu Qasımovun, necə deyərlər, "nə öldüsündən, nə də qaldısından" bir xəbər yoxdur.

Elçin 2015-ci il noyabr ayının 11-dən itkin düşüb. Yaxınlarının virtualaz.org saytının Şirvan bürosuna verdiyi məlumata görə, bir neçə il əvvəl Elçinin hər iki valideyni xəstəlikdən dünyasını dəyişib. Yeganə qardaşı isə avtomobil qəzasında həlak olub. Buna görə də o, tənha yaşayırmış.

Ötən ilin noyabr ayında Elçindən bir xəbər olmadığını görən qohumları onun evinə gedərək nə baş verdiyini öyrənmək istəyiblər. Həyət qapısı küçə tərəfdən kilidlə bağlı olduğundan qohumları evə hasardan aşmaqla keçiblər. Bu zaman mənzilin işıqları yanılı , elektrik sobası qoşulu vəziyyətdə olsa da Elçini evdə tapmayıblar. Onun mobil telefonuna isə zəng çatmayıb.

Elə o vaxtdan da Elçindən bir xəbər yoxdur. Qohumlarının dediyinə görə, Elçinin ölkə xaricinə getmək üçün pasportu , nə də belə bir fikri və pulu olmayıb. Ona görə də güman edirlər ki, onun başına nə isə bir pis iş gəlib.

Hüquq-mühafizə orqanlarından isə bildirdilər ki, Elçin Qasımov barəsində xəbərsiz itkin düşmüş şəxs qismində axtarış elan olunub və hazırda axtarılır.

Mediainfo.az