Rüfət Səfərovun məhkəməsi keçirilib

Rüfət Səfərovun məhkəməsi keçirilib

25 İyul 2016 14:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun barəsində olan cinayət işi ilə bağlı məhkəmənin hazırlıq iclası keçirilib. Bu barədə ya R. Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.

Vəkil qeyd edib ki, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən iclasda məhkəmə baxışı avqustun 8-nə təyin edilib.

Qeyd edək ki, bu il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.
Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

Mediainfo.az