Sahibkar icra hakimindən şikayət etdi: "Məni müflisləşdirdi!"

Sahibkar icra hakimindən şikayət etdi: "Məni müflisləşdirdi!"

25 İyul 2016 12:52
Bəyəndim (0) Bəyənmədim (0)

"Gül-Gün." sahibkar müəssisəsinin rəhbəri Niyazov Niyaz Novruz oğlu Politika.Az-a göndərdiyi şikayət məktubunda başına gətirilən müsibətdən yazıb

Onun sözlərinə görə, İmişlinin icra başçısı Vilyam Hacıyev Göygöl rayonunda bu vəzifədə işlədiyi dövrdə obyektini bağlayıb. İş adamı qeyd edir ki, V.Hacıyev Gəncə hava limanında onların tabeliyində çalışarkən ona pisliyi keçməyib:

"Onunla insani münasibətimiz normal olub. Nədənsə, icra başçısı olan kimi müəssisəmə düşmən kəsildi. Əlində heç bir əsas olmadan yalan məktublar yazıb yuxarılara yolladı və məni müflisləşdirdi.

1992-ci ilin noyabrında "Gül.-Gün."sahibkar müəssisəsini yaratdım və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdim. 1993-cü ildə müəssisənin ictimai-iaşə obyektlərinin tikinti işlərini həyata keçirməkdən ötrü Gəncə aeroportunun lap yaxınlığında olan Xanlar rayon Bağmanlar sovxozunun ərazisindən 1.5 ha Xanlar rayon İHB-sının və Xanlar rayon XDS-nin qərarı ilə torpaq sahəsi götürdüm.

Tez bir vaxt ərzində həmin ərazidə müəssisənin tikinti işlərini başlatdım. Tikintinin xeyli hissəsini həyata keçirmişdim. Davam etdirməkdən ötrü pul gözlədiyimiz bir vaxtda Gəncə aerovağzal kompleksinin yenidən tikintisi məsələsi gündəmə gəldi.

Müəssisəmin ərazisi bütövlüklə yeni tikilməkdə olan Gəncə aerovağzal kompleksinin ərazisinə düşdüyü üçün sənədlərimi hazırlayıb dövlətdən rüsum almaq qərarına gəldim. Bu da mümkün olmadı. Elə həmin vaxt Hacıyev Vilyam Azərbaycan Hava Yollarına məktub yolladı. Məktubunda qeyd etmişdi ki, guya 1.5 ha torpaq sahəsində tikinti işləri aparmaq üçün İHB-nın sərəncamı olmayıb".

Sahibkar bildirib ki, onun qəbulunda olub: "Soruşanda ki, niyə belə edirsən. Sakit baxışlarla üzümə baxıb anlatmağa çalışdı ki, belə olmalıdır. Onun bu məktubu əsasında Azərbaycan Hava Yollarının rəhbərliyi rüsum almağıma tam maneçilik törətdi. Mənə cavab yazdılar ki, guya sənədlərim qaydasında olmadığı üçün rüsum ala bilmərəm.

Əslində bu məsələylə əlaqədar olaraq Azərbaycan Hava Yolları rəhbərliyi mənimlə görüşməli idi. Ona görə ki, rüsum ala bilməməyimdən tam narazı idim. Narazılıq olan işi bir məktubla həll etmirlər.

Mən bu rədd cavabını alandan sonra o zaman külli miqdarda pul xərclədiyim müəssisənin tikintilərini dəyər-dəyməzinə satmağa məcbur qaldım. Ona görə ki, Gəncə Hava Limanının direktoru dirənmişdi ki, obyekti təcili yığışdır. Bu uzun illər ərzində mən tamamilə müflisləşdim".

Mediainfo.az