"Böyük ana sevgisi"

"Böyük ana sevgisi"

26 Avqust 2011 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

Artıq 6 ildir ki, o, tövlədə yaşayır. 17 yaşından bəri onun gördüyü bu hisli, yarıuçuq, nəmli dörd divar, nahamar döşəmə və qara, hisli taxtalardır. Onun belində kəndir var. Kəndir tövlənin daş dirəyinə bağlanıb və onun həyatı həmin kəndirin uzunluğu həddindədir. O, anasının 23 ildir tövlədə saxladığı ruhi xəstədir.

Çinin cənubundakı Çunsin vilayətində yaşayan 76 yaşlı Syan Anron 40 yaşlı oğlu Tanı tövlədə saxlayır.

Tan kəndirlə tövlənin dirəyinə bağlanıb və o lütdür. Anasının dediyinə görə, Tana nə geyindirsə də, oğlu bütün paltarları cırıb dağıdır, tikə-tikə edir. Qoca Syan oğluna baxmaq üçün qonşusu Tan Zuhuya müraciət edəndə tövlədəki gəncdən xəbər tutulub. Vilayətin sosial təminat xidmətinin əməkdaşları qorxmuş Zuhunun telefon zəngindən sonra hadisə yerinə gələndə biçarə Tanı görüblər.

23 ildir tövlədə qaldığı, sonra da kəndirlə bağlandığı üçün Tanın ayaq əzələləri boşalıb və o, gəzə bilmir.

Tan yalnız meymun təki çömbələrək oturur və belə də yeriyir.

Ayda 20 dollar məbləğində təqaüd aldığını deyən qoca ana isə Tana yaxşı baxdığını söyləyib: "Onu evdəki qardaşlarından ayırmamışam. Həmişə yedizdirir, içizdirir, çimizdirir, başını qırxıram. Tanda anadəngəlmə ruhi sapıntılar vardı və o, xəstə idi. 17 yaşına çatanda isə aqressivləşdi, qarşısına çıxanla dalaşmağa başladı.

Məcbur qalıb onu tövlədə bağladım. Üç övladım var və onların hamısını sevirəm. Amma artıq Tanı saxlaya bilmirəm. Qonşular bizə əl tutmasaydılar, Tan çoxdan acından ölmüşdü. Onun tövlədə olduğunu gizli saxlayırdım, kimsəyə demirdim". 40 yaşlı Tan Çunsin vilayət xəstəxanasına aparılıb.

Dünyada tək zərər verməyən qadın, anadır. (Mark Tven)

Günel Həbib

O.M.