Almaniyada törədilən partlayış nəticəsində yaralıların sayı 14-ə çatıb YENİLƏNİB - VİDEO

Almaniyada törədilən partlayış nəticəsində yaralıların sayı 14-ə çatıb YENİLƏNİB - VİDEO

25 İyul 2016 10:37
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisəni Suriya əsilli vətəndaşın törətdiyi bildirilir

Almaniyanın Ansbah şəhərində törədilən partlayış nəticəsində yaralıların sayı 14-ə çatıb. Xəsarət alanlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir. Partlayışın kim tərəfindən törədildiyi hələ ki, məlum deyil. Partlayış "Eugens Weinstube" restoranının qarşısında baş verib. Bavariyanın daxili işlər naziri bildirib ki, hadisə nəticəsində 1 nəfər ölüb. Adı açıqlanmayan şəxsin Suriya əsilli olduğu qeyd olunur.

03:30

Şəhərdə baş verən insidentə səbəb partlayıcı qurğunun işə salınması olub. Bunu Ansbah şəhərinin meri Karda Zaydel bəyan edib.

"Söhbət məişət qazından getmir, insidentə səbəb partlayıcı qurğunun işə salınması olub", deyə K.Zaydel bildirib.

Partlayış "Eugens Weinstube" restoranının qarşısında baş verib. Hadisə yerinə çox sayda polis və hərbi helikopterlər cəlb edilib. Bavariyanın daxili işlər naziri Yoahim Hermann hadisə yerinə yollanıb.

***

Almaniyanın cənubundakı Ansbah şəhərində restoranda güclü partlayış baş verib.

Hadisə nəticəsində 1 nəfər ölü, 11 nəfər yaralanıb.

Partlayışın səbəbi hələ ki, məlum deyil. Polis ərazini əhatəyə alıb, faktla bağlı araşdırmalara başlanılıb. (apa)

Mediainfo.az