Konstitusiya Məhkəməsi Referendum Aktına müsbət rəy verib - YENİLƏNİB - FOTO

Konstitusiya Məhkəməsi Referendum Aktına müsbət rəy verib - YENİLƏNİB - FOTO

25 İyul 2016 11:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun Referendum Aktı layihəsi ilə bağlı iclası keçirilib.

İclasda Referendum Aktı layihəsinə müsbət rəy verilib.

10:11

Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun Referendum Aktı layihəsi ilə bağlı iclası keçirilir.

İclasda Referendum Aktı layihəsinə rəy veriləcək.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib.

Mediainfo.az