Münhen teraktını müsəlmanlar törətməyib

Münhen teraktını müsəlmanlar törətməyib

23 İyul 2016 11:28
271
Bəyəndim (0) Bəyənmədim (0)

Münhendəki "Olimpiya" ticarət mərkəzinə hücum edənlərin radikal islamçı olduğunu Almaniya polisi təsdiqləməyib.

Hələlik heç bir terror təşkilatı məsuliyyəti üzərinə götürməyb.

RTL telekanalı isə hadisə şahidlərinə istinadən maraqlı məlumat yayıb. Şahidlərin iddiasına görə, atəş açan şəxslərdən biri "Lənətə gələsiniz, xaricilər", "Mən almanam və Almaniyada doğulmuşam" sözlərini işlədib.

Qeyd edək ki, "Olimpiya" ticarət mərkəzinə hücum zamanı 15 nəfər həlak olub. (axar)

Mediainfo.az