56 yaşlı Ağasərinin intiharının səbəbləri araşdırılır

56 yaşlı Ağasərinin intiharının səbəbləri araşdırılır

23 İyul 2016 10:06
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 22-də saat 20:30 radələrində Şəki rayonunun Aşağı Küngüt kənd sakini, 1960-cı il təvəllüdlü Ağasər Şəfaqət oğlu Mustafayevin meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə tapılıb.

İntiharının səbəbi hələlik məlium deyil. Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Mediainfo.az