Almaniya XİN rəhbəri: “Münhendəki hücumun motivləri müəyyən olunmayıb”

Almaniya XİN rəhbəri: “Münhendəki hücumun motivləri müəyyən olunmayıb”

23 İyul 2016 01:55
Bəyəndim (0) Bəyənmədim (0)

"Münhendəki hücumun motivləri müəyyən olunmayıb".

Bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib.

Almaniyanın daxili işlər naziri ABŞ səfərini yarımçıq qoyaraq ölkəyə qayıdır. Bavariyanın baş naziri Horst Zeehofer isə Münhendəki hadisə ilə əlaqədar nazirlər kabinetinin təcili iclasını çağırıb.

Münhendə "Olympia" ticarət mərkəzində baş verən silahlı insident nəticəsində 9 nəfər ölüb. Hadisəni 3 silahlının törətdiyi ehtimal edilir, onların axtarışı istiqamətində əməliyyat davam etdirilir. İlkin məlumata görə, silahlılar ticarət mərkəzinə daxil olaraq ətrafa atəş açıb.

Mediainfo.az