283 hərbçi saxlanılıb - YENİLƏNİB - TÜRKİYƏDƏ

283 hərbçi saxlanılıb - YENİLƏNİB - TÜRKİYƏDƏ

22 İyul 2016 23:04
Bəyəndim (0) Bəyənmədim (0)

Ankara Respublika Prokurorluğu hərbi çevriliş cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində Prezident Adminstrasiyası Mühafizə Alayının 283 əsgərini saxlayıb. Saxlanılanlar polis idarələrinə aparılıb.

Ardınca onların məhkəməyə gətiriləcəyi bildirilir.

***

20:50

Türkiyədə 300 hərbçi saxlanılıb.

Bu barədə "Milliyet" xəbər verib.

Məlumata əsasən, Türkiyə Prezident Adminstrasiyası Mühafizə Alayında keçirilən əməliyyat nəticəsində 300 hərbi qulluqçu saxlanılıb. Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir. (milliyyet)

Mediainfo.az