Münhendə silahlı insident baş verib, ölənlər var - YENİLƏNİB

Münhendə silahlı insident baş verib, ölənlər var - YENİLƏNİB

22 İyul 2016 22:19
Bəyəndim (0) Bəyənmədim (0)

Münhendə baş verən silahlı insident zamanı 3 nəfər ölüb.

Bu barədə Bavariya polisinin nümayəndəsi bildirib.

Münhendə xüsusi əməliyyat davam edir. Silahlı insidentlə əlaqədar şəhərdə ictimai nəqliyyatın hərəkəti tam dayandırılıb. Təsdiqlənməmiş məlumata görə, "Olympia" ticarət mərkəzində üç nəfər atəş açıb.

***

21:39

Polis Münhendə "Olympia" ticarət mərkəzində silahlı insident nəticəsində ölən və yaralıların olduğunu təsdiqləyib.

Onların sayı barədə hələ ki, rəsmi məlumat verilmir.

İlkin məlumata görə, bir və yaxud bir neçə silahlı ticarət mərkəzinə daxil olaraq ətrafa atəş açıb.

Bununla belə şahidlər Münhenin ayrı-ayrı bölgələrində də atəş səslərinin eşidildiyini bildirir. (apa)

Mediainfo.az