Avtomobil yoldan çıxaraq aşdı:  Foto - Video

Avtomobil yoldan çıxaraq aşdı: Foto - Video

22 İyul 2016 16:57
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı istiqamətində hərəkətdə olan "VAZ 2106" markalı avtomobil "Gəncə qapıları"nın yaxınlığında yoldan çıxaraq dərəyə aşıb.

Kəpəz TV-yə (Region TV) xəbər verir ki, nəticədə minik maşını tam yararsız hala düşüb, müxtəlif xəsarətlər alan sürücü - 23 yaşlı Goranboy rayon sakini Röyal Quliyev və sərnişini - 27 yaşlı Gəncə şəhər sakini Sevinc Məmmədova Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Sürücü travmatologiya, vəziyyəti daha ağır olan qadın sərnişin isə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktın araşdırılmasına başlanılıb.

Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var

Mediainfo.az