Masallıda dəhşətli yol qəzası

Masallıda dəhşətli yol qəzası

22 İyul 2016 15:38
Bəyəndim (0) Bəyənmədim (0)

Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. DİN sayutının məlumatına görə, hadisə rayonun Musaküçə kəndi ərazisində qeydə alınıb.

Belə ki, Masallı şəhər sakini Cəfər Adamzadənin idarə etdiyi "İJ-27175" markalı avtomobillə rayon sakini Xalid Eyvazovun idarə etdiyi motosiklet toqquşub. Motosikletin sürücüsü X.Eyvazov və sərnişini Nizami Hilalov hadisə yerində ölüb. C.Adamzadə isə müxəlif dərəcələi bədən xəsarətləri alaraq Masalı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Mediainfo.az