Yağış sabah da davam edəcək

Yağış sabah da davam edəcək

26 Avqust 2011 13:39
921
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah Azərbaycan ərazisində buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Avqustun 27-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-20, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 27-də arabir yağış yağacağı, əsasən şimal və şərq rayonlarında lokal leysan xarakterli olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 22-27, dağlarda gecə 7-11, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Arzu edirik ki, ömrünüzə xoşbəxtlik yağışı yağsın.

Günel Həbib

O.M.