Türkiyədə mitinqdə ANS-in bağlanmasından danışıldı - VİDEO

Türkiyədə mitinqdə ANS-in bağlanmasından danışıldı - VİDEO

22 İyul 2016 13:44
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, ANS televiziyasının bağlanması Türkiyədə də yaxından təqib edilir və bu addıma görə Azərbaycan dövlətinə bir çox təşəkkür mesajı yayımlanıb.

1 həftədir Türkiyənin bütün şəhərlərində demokratiyaya dəstək mitinqləri keçirilir və belə mitinqlərdən biri də dünən Trabzon şəhərində baş tutub. Mitinqdə Fətullah Güləndən müsahibə alan ANS televiziyasının bağlanmasından danışılıb və aparıcı bu addıma görə Azərbaycana təşəkkür edib.

Eyni zamanda mitinqdə qeyd olunub ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdi, dostluğumuz əbədidir.

Həmin görüntüləri təqdim edirik.(azxeber.com)