Uşaq su dolu vannadan ölü tapıldı

Uşaq su dolu vannadan ölü tapıldı

22 İyul 2016 13:03
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində bədbəxt hadisə baş verib. Belə ki, İlkin Tuştiyevin bir yaş yeddi aylıq olan oğlu Vəli Tuştiyev vannada ölü halda tapılıb. Diqqətdən yayınan uşaq həyətə qoyulmuş su dolu vannaya girib, bir qədər sonra valideynləri onu boğulmuş halda tapıblar.Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 116-cı maddəsi üzrə araşdırma aparılır.

Aqil M.